Logo

Aşqarlar Kimyası İnstitutunda Anım Gününə həsr olunan tədbir keçirilib

25.09.2025 14:22 31 baxış
IMG

Sentyabrın 25-də Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatı, Azad Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən 27 Sentyabr – Anım Gününə həsr olunan “Şəhidlər ölməz!” mövzusunda tədbir keçirilib.

İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, tədbirdə bu elmi müəssisənin baş direktoru akademik Vaqif Fərzəliyev çıxış edərək 27 sentyabrın tariximizə qəhrəmanlıq və şərəfli gün kimi daxil olduğunu vurğulayıb. “Bu gün biz həm şəhidlərimizin xatirəsini anırıq, həm də 44 günlük Vətən müharibəsinin Qələbə hissini yaşayırıq. Beş il bundan öncə məhz həmin gündə torpaqlarımızın işğaldan azad edilməsinə başladıq və 44 gün müddətində qəhrəman oğullarımızın canı, qanı hesabına bu şərəfli missiyanı yerinə yetirdik, gələcək nəsillərə saxlamadıq”, - deyə akademik Vaqif Fərzəliyev bildirib.

Tədbirdə institutun Azad Həmkarlar Təşkilatının sədri kimya üzrə fəlsəfə doktoru Elxan İsakov “Şəhidlər ölməz!” mövzusunda təqdimatla çıxış edib.

Çıxışlarda Aşqarlar Kimyası İnstitutunun I Qarabağ müharibəsində ordumuzun strateji məhsullarla təmin olunmasında xüsusi xidmət göstərdiyi faktlarla qeyd edilib.

Xəbər lenti