Logo

Dual peşə təhsili nədir?

10.02.2022 13:00 3232 baxış
IMG

Alman dual peşə təhsili modeli bütün dünyada qəbul edilən və dəyərləndirilən bir sistemdir.

Qısaca olaraq sistem belə işləyir: peşə təhsilinə üz tutan tələbələr iki ildən üç il yarıma qədər həm nəzəri, həm də praktiki olaraq öz peşələrini öyrənirlər. Onlar şirkətdə işləyərkən həm peşə, həm də ümumi (eyni zamanda ixtisas) fənlər üzrə təlimlərin keçirildiyi peşə təhsil müəssisələrinə gedirlər. Hətta onlar tələbəlik dövründə pul qazanmağa başlayırlar. Bu təhsil üçün ilkin şərt ümumiyyətlə orta təhsil səviyyəsini bitirməkdir.

Peşə təhsili proqramını bitirdikdən sonra tələbələr artıq ixtisaslı işçiyə çevrilirlər (“qualifizeierte Fachkraft”).

Almaniyada gənclər arasında işsizlik səviyyəsi digər Aİ ölkələri ilə müqayisədə (11-12%) nisbətən aşağıdır. Bunun səbəbi ikili sistemdir. Çünki dual sistemlə məzun olanların 90%-i bir il ərzində iş tapa bilir. Deməli, peşə təhsili birbaşa özəl sektor üçün kadr hazırlığının aparılması məqsədini daşıyır. Ömürboyu öyrənmə fəaliyyətlərinin geniş yayılması və asan əlçatan olması səbəbindən bir peşə sahibi olanların təxminən yarısı 7-8 il ərzində yeni bir peşə öyrənmək üçün təlim alır. Almaniyada hər dörd işəgötürəndən biri tələbələrin işə götürülməsində daha maraqlı tərəf kimi çıxış edir.

Qeyd edək ki, Almaniyada ixtisaslı işçilərə tələbat yüksəkdir və ixtisassız işçilərə nisbətən daha çox pul qazanır. Buna görə də, peşə təhsili proqramını tamamlamaq Almaniyada karyera qurmaq yolunda mühüm addım hesab olunur.

Hacıyeva Səbinə,
Rabitə və İnformasiya Texnologiyaları üzrə 
Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Dərs hissə müdiri

Xəbər lenti