Logo

“Milli Hakaton IT mütəxəssislərinin yetişdirilməsinə xidmət edəcək” — Kamran Əsədov

28.11.2025 16:20 63 baxış
IMG

“Bugünkü tədbir şagirdlərin yüksək motivasiyasını daha da artıracaq və inanıram ki, tədbirin sonunda bizim orta təhsil məktəblərimizdə, xüsusən bölgə məktəblərində yeni bir hərəkat başlayacaq”.

TƏHSİL.BİZ "Azərbaycan müəllimi"-nə istinadən xəbər verir ki, bu fikirləri təhsil mütəxəssisi Kamran Əsədov bu gün keçirilən “Məktəblilərarası Milli Hakaton – 2025” layihəsinin final mərhələsində Təhsil TV-yə açıqlamasında deyib.

O bildirib ki, Elm və Təhsil Nazirliyi bir neçə ildir ki, orta məktəblərdə rəqəmsal bacarıqları həyata keçirir, bununla bağlı təlimlərə şərait yaradır, resurslar təqdim edir: “Bu gün kodlaşdırma, eyni zamanda rəqəmsal bacarıqlar müasir dövrün tələbidir və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu tədbir orta və ümumi təhsil məktəblərində daha erkən yaşlardan IT mütəxəssislərinin yetişdirilməsi məqsədinə xidmət edəcək. İnanıram ki, bu gün burada iştirak edən komanda üzvləri arasında yaxın illərdə Azərbaycanın IT sahəsində mütəxəssislərini də görəcəyik. Bu layihə orta məktəblərdə informatika fənninin tədrisini artıracaq”.

Xəbər lenti