Logo

Azərbaycanla Ruanda arasında təhsil sahəsində saziş təsdiqlənib – FƏRMAN

01.12.2025 16:17 60 baxış
IMG

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

TƏHSİL.BİZ xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ruanda Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, saziş 2025-ci il sentyabrın 20-də Bakı şəhərində imzalanıb.

Xəbər lenti