Logo

Gələn il bu ali təhsil müəssisələri akkreditasiya olunacaq

27.11.2025 16:46 83 baxış
IMG

Hazırda 2026-cı il üçün ali təhsil müəssisələrinin akkreditasiya qrafiki formalaşdırılmayıb. Milli Aviasiya Akademiyası, Azərbaycan Universiteti də daxil olmaqla, bəzi ali təhsil müəssisələrinin akkreditasiya müddəti başa çatmaq üzrə olduğu üçün onlar yenidən akkreditasiyadan keçəcəklər.

TƏHSİL.BİZ xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

O bildirib ki, ali təhsil müəssisələrinə akkreditasiya qanunvericiliyə əsasən beş il müddətinə verilir: 

“Şəhadətnamə müddətinin bitməsinə yaxın ali təhsil müəssisəsi prioritetlik əsasında qrafikə daxil edilir və məlumatlandırılır. Onlara özünütəhlil hesabatını hazırlamaq üçün vaxt verilir. Daha sonra agentlikdə müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə komissiyalar formalaşdırılır. Komissiyalar hesabatı araşdırdıqdan sonra sahə baxışına gedir və yekun hesabat hazırlayır. Bu proses ümumilikdə 3–6 ay çəkir”. 

Xəbər lenti