Logo

CCAAIBWS rəhbəri: Azərbaycan təhsildə ön sıralarda qərarlaşa biləcək ölkədir

26.11.2025 13:46 16 baxış
IMG

Qafqaz və Mərkəzi Asiya üzrə IB Dünya Məktəbləri Assosiasiyasının (CCAAIBWS) rəhbəri, Avropa-Azərbaycan Məktəbinin direktoru Françesko Bankini “Azərbaycan müəllimi”nə açıqlamasında ölkədə təhsilin gələcək inkişaf perspektivlərindən danışıb.

Onun sözlərinə görə, azərbaycanlı şagirdlər böyük potensiala malikdir:

“Azərbaycanlı şagirdlər çox istedadlı, bacarıqlı və inkişaf etməyə hazırdırlar. Bizim, yəni müəllimlərin və təhsil idarəçilərinin  vəzifəsi onları düzgün istiqamətləndirmək, bacarıqlarını inkişaf etdirmək, doğru yol göstərməkdir. Bunun üçün həvəsli, fədakar və işinə bağlı müəllimlərin bir araya gəlməsi çox önəmlidir. Əminliklə deyə bilərəm ki, Azərbaycan təhsildə ön sıralarda qərarlaşa biləcək ölkələrdəndir”.

Direktor bildirib ki, bu inkişafın reallaşması zaman məsələsidir. Hazırda özəl sektor güclü inkişaf xətti ilə irəliləyir, özəl məktəblər və qurumlarla əməkdaşlıq genişlənir: “Eyni zamanda Elm və Təhsil Nazirliyi ilə də əməkdaşlıq edir, dövlət məktəblərini prosesə cəlb edirik. Məhz dövlət məktəbləri ölkənin əsas təhsil dayağıdır”.

 


 

Xəbər lenti