Logo

Odlar Yurdu Universitetinin adı müasir olub, özü olmayan “elmi” məqalələri

22.11.2025 21:46 92 baxış
IMG

Odlar Yurdu Universitetinin adı müasir olub, özü olmayan “elmi” məqalələri

ARP yanında Ali Attestasiya Komissiyasının qəbul etdiyi elmi jurnallar arasında elələri var ki, heç jurnal adına sığışmayan fəaliyyətlə məşğuldurlar. Bu elmi jurnalların nəşr etdirdiyi elmiməqalələr məzmun və keyfiyyət baxımından olduqca yararsızdır. Axı bu tarixdir, indiki müasir dövrdə hər şey arxivlənir, elektron resurslara düşür və itmir. Biz gələcək nəsillərə belə elmi məqalələri tədqiqat adı ilə necə təqdim edəcəyik? Bu elm adına ancaq xalturadır. 

Odlar Yurdu Universitetinin məcmuəsinin məqalələri demək olar ki, heç bir elmi baxışdan və rəylərdən keçmir. Heç kəs məqaləni oxumur ki, bu nə yazıb nə çap edb? Hamı standart olaraq sözü bir yerə qoyubmuş kimi, ancaq statistika üzərində işləyir. Bu jurnal hansı xüsusiyyətlərinə və standartlarına görə AAK-ın siyahısına daxil edilib? Müəmmadır. 

AAK-ın siyahısında tarix və antroplogiya üzrə təqdim edilən elmi qeyd olunan 27 jurnaldan əksəriyyətinin elmi jurnal anlayışına ümumiyyətlə aidiyyətləri yoxdur.

Bu zaman isə qəribə bir mənzərə yaranır. Axı ölkədə bütün jurnallar eyni səviyyədə deyil, yaxşıları da var? O zaman sual oluna bilər? Buna da elmi jurnal deyək, o birinə də? Axı bu zaman da kiminə zəhmətinə, əməyinə qiymət verməmiş oluruq, qurunun oduna yaşı da yandırırq. Odlar Yurdu Universitetinin elmi  jurnalı əslində tarix və antroplogiya sahəsində bir dənə məqalə çap edə bilməz. Niyə? Niyəsi çox sadədir. Linsenziya hüququ tamamilə başqa elm sahəsinə verilib.

Texnika və təbiət elmlərinə lisenziya alan jurnal b lisenziya nömrəsi ilə indi hər şeyi çap edir. Bizim alimlər də jurnalı bəh-bəhlə öpüb başlarına qoyurlar. Heç kəs açıb maraqlanmır ki, bu jurnal niyə hər şeydən məqalə çap edir. Yaxud bu jurnalı qeydə alan orqan bunu yoxlamalıdır ki, nəşr lisenziya fəaliyyət  sahəsi ilə uyğun gəlirmi?

Beynəlxalq indeks qurumlarının jurnal redaksiyalarına birinci iradı bundan ibarətdir ki, aid olduğnuz sahə üzrə məqalə çap edə bilərsiniz. Bizdə isə buna heç fikir verən də yoxdur. 

Elmi jurnalın oxucusu elə onun müəllifi qədərdir.

Azərbaycanda elmi jurnalların satışı yoxdur. Sizə deyim ki, qabaqcadan müəlliflərdən alınan pul müqabilində elə müəllif sayı qədər nəşr olunanları çoxdur. Jurnala da qabaqcadan pul vermək o deməkdir ki, nə yazıramsa, yazım çap ediləcək. Redaksiya da öncədən pul aldığına görə heç bir rəyləndirmə tələb etmir. Nəticə?

Nəticədə belə bir mənzərə yaranır….

 

 

 

Müasir iqtisadiyyatda biznes strategiyasinin və taktikasinin müəyyən edilməsi üsullari” adı ilə məqalə təqdim edilib. Məqalənin ədəbiyyat siyahısında son üç ilin nə yerli nə də xarici bir dənə elmi ədəbiyyatı yoxdur. Bütün ədəbiyyatlar 15-20 il əvvələ aiddir. Bu məqaləyə rəyi kim verib? Ortaya çıxıb bunu ictimaiyyətə izah etməlidir ki, bu məqaləyə nə üçün gözlərini yumub, rəy verib? 

Bu tip məqalələr bu elmi jurnalda doludur. Bu elmi jurnal ümumiyyətlə dünyanın hansı indekslərində var? AAK bu jurnalı hazı meyarlarına görə siyahısına daxil edib və iddiaçılara tövsiyyə edir? 

Məqalələrin elmi səviyyəsi  olduqca bərbaddır. Ədəbiyyat siyahısında aləm dəyib bir-birinə. Hansı sistem qəbul edilib, məlum deyil. 

Nəticə: Azərbaycan elminin gələcəyi üçün bu vəziyyət təhlükəlidir. Elmi standartlar pozulduqca və keyfiyyətə nəzarət zəiflədikcə, gənc tədqiqatçılar sağlam elmi mühit əvəzinə formal və məzmunsuz bir məkana sürüklənir. “Adı var, özü yox” prinsipi ilə fəaliyyət göstərən jurnallara nəzarətin olmaması elmin nüfuzunu zədələyir. Əgər bu proses dəyişməsə, biz gələcək nəsillərə sağlam elmi irs deyil, yalnız akademik deqradasiya miras qoymuş olacağıq.

 

Elm və ali təhsil üzrə ekspert, fəlsəfə üzrə fəlsəfə doktoru Rahil Nəcəf

 

 

 

Xəbər lenti