Logo

ADAU-nun müəllim və tələbələri inklüziv təhsillə bağlı məlumatlandırılıb

25.11.2025 13:20 24 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzinin “UNEC HELPS” sosial layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Müasir inklüziv təhsil, yeni yanaşmalar və tətbiq modelləri” mövzusunda müəllim və tələbə heyəti üçün maarifləndirici görüş keçirilib.

Görüşdə İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova, “Gənclərin psixoloji dəstəyi” layihəsinin təsisçisi, psixoloq-təlimçi Leyla Salmanlı, eləcə də ADAU-nun nümayəndələri iştirak ediblər.

Tədbirdə Sevinc Məhsimova UNEC İnklüziv Təhsil Mərkəzinin fəaliyyəti, eləcə də Mərkəzin təşəbbüsü və “Gənclərin psixoloji dəstəyi” layihəsinin dəstəyi ilə icra olunan UNEC-HELPS proqramı barədə təqdimatla çıxış edib. O, regionlarda inklüziv təhsilin keyfiyyətinin yüksəldilməsi, UNEC modelinin tətbiqi və layihə çərçivəsində görülən işlər haqqında məlumat verib. Eyni zamanda, Sevinc Məhsimova ali təhsilin pedaqoji heyətinin inklüziv təhsil istiqamətində təkmilləşdirilməsinin, gənclərin inklüziv mədəniyyət mövzusunda maarifləndirməsinin zəruriliyini bildirib.

Psixoloq Leyla Salmanlı isə əlilliyin yaranma səbəbləri, uşaqlarda inkişaf problemləri və onların həlli yolları, həmçinin gənclərin psixoloji ehtiyacları barədə zəruri məlumatları diqqətə çatdırıb.

Xəbər lenti