Noyabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Rəqəmsal inkişaf şöbəsinin təşkilatçılığı ilə mentor Fatimə Sadıxova tərəfindən data analitikası kursuna start verilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, təlim proqramı iştirakçılara məlumatların emalı, təhlili və vizuallaşdırılması üzrə praktiki biliklərin aşılanmasını hədəfləyir. Kursun əsas məqsədi əməkdaşların rəqəmsal bacarıqlarını artırmaq və iş proseslərində data əsaslı yanaşmanı gücləndirməkdir.