Logo

Elektrik və elektronika sahəsində ilk izahlı lüğət hazırlanır

18.11.2025 11:18 23 baxış
IMG

"Elektrik və Elektronika Mühəndisliyi – İzahlı Terminlər Lüğəti" layihəsinə start verilib.

TƏHSİL.BİZ  xəbər verir ki, layihə ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin baş müəllimi Orxan Kərimzadənin təşəbbüsü və ADA Universiteti Fondunun dəstəyi ilə həyata keçirilir.

Layihənin məqsədi Azərbaycan dilində ilk genişhəcmli elektrik və elektronika mühəndisliyi izahlı terminlər lüğətinin hazırlamaqdır. 

Lüğət “Oxford EEE Dictionary” əsasında tərtib olunacaq və mövcud milli mühəndislik terminologiyasının elmi əsaslarla sistemləşdirilməsinə xidmət edəcək.

Lüğət ölkəmizdə elektrik və elektronika mühəndisliyi üzrə ilk izahlı terminlər toplusu olacaq və gələcək nəsil alim və mühəndislər üçün mühüm istinad mənbəyinə çevriləcək.

Xəbər lenti