Son 5 il ərzində qəzalı məktəblərin sayı təxminən 2,5 dəfə azalıb. Yəni biz 1000 məktəbdən 400 məktəbə qədər enə bilmişik. Bu, hər il orta hesabda 100 məktəb deməkdir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 13-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Nazir, həmçinin bildirib: “Yerdə qalan təxminən 400-dən az məktəbimiz var ki, bunların hazırda əsaslı təmirə, ya da yenidən tikilməsinə ehtiyac var. Bu məsələnin həlli yəqin ki, hər il bu istiqamətə ayrılan maliyyə vəsaitindən asılıdır. İkincisi, bu məktəblərin hər birinin və yaxud hamısının bir ilə təmiri və yenidən tikilməsi qeyri-mümkündür. Bu, təbii ki, obyektiv səbəblərlə bağlıdır”.