Logo

IV və VI siniflərin monitorinq nəticələrinin təhlili ilə bağlı metodistlərlə görüş keçirilib

07.11.2025 20:48 154 baxış
IMG

Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi və Qiymətləndirmə şöbəsi tərəfindən metodik xidmət göstərilən məktəblərdə 4–6-cı siniflərin monitorinq nəticələrinin təhlili məqsədilə metodistlərlə birgə görüş təşkil olunub.

Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə institutun əməkdaşları, metodistlər, aparıcı və baş metodistlər iştirak ediblər.

Görüşdə monitorinq nəticələrinin ümumi mənzərəsi, fənlər üzrə göstəricilər və bu nəticələrin tədris prosesinə təsiri müzakirə olunub. İnstitutun nümayəndələri tərəfindən aparılan təhlillər təqdim edilib və nəticələr əsasında metodik dəstəyin əsas istiqamətləri müəyyənləşdirilib.

Metodistlər görüş zamanı şagird nailiyyətlərinin qiymətləndirilməsi, tədris keyfiyyətinin artırılması, nəticələrə əsaslanan fərdi yanaşmanın gücləndirilməsi və müəllimlərə metodik dəstəyin təşkili ilə bağlı təkliflərini səsləndiriblər.

Görüşün əsas məqsədi monitorinq nəticələrinə əsasən tədris prosesində mövcud çətinlikləri müəyyənləşdirmək, inkişaf istiqamətlərini dəqiqləşdirmək və metodik xidmətin effektivliyini artırmaq olub.

Qeyd edək ki, metodistlərin peşəkar inkişafına dəstək prosesinin səmərəliliyini artırmaq məqsədilə Təhsil İnstitutu tərəfindən hər həftə vebinarlar və məlumatlandırıcı görüşlər təşkil olunur.

Xəbər lenti