Logo

Maliyyə və mühasibat fakültəsinin tələbələri Hərbi Qənimətlər Parkına səfər ediblər

07.11.2025 13:33 36 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələri 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Bakının dənizkənarı Sahil bağında yerləşən Hərbi Qənimətlər Parkına səfər ediblər.

Səfər çərçivəsində tələbələr 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında ardıcıl məğlubiyyətlərə məruz qalan düşməndən əldə etdiyimiz hərbi qənimətlərlə yaxından tanış olublar. Burada tələbələrə Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbə, ordumuzun düşməndən qənimət götürdüyü hərbi texnikalar barədə ətraflı məlumatlar verilib.

Bildirilib ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük önəm kəsb edən Hərbi Qənimətlər Parkı ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin sərgilənməsi məqsədini daşıyır. Burada İkinci Qarabağ müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat nümayiş olunur.

Sonda tələbələrin təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.

Xəbər lenti