Logo

Rəqəmsal İqtisadiyyat fakültəsində “Sağlam gələcək üçün sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib

13.11.2025 15:39 25 baxış
IMG

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində “Sağlam gələcək üçün sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Ramal Cabbarov sağlam həyat tərzinin insanın həm fiziki, həm də mənəvi inkişafında mühüm rol oynadığını qeyd edib. O, balanslı qidalanma, müntəzəm idman fəaliyyəti və psixoloji rifahın qorunmasının sağlam cəmiyyətin formalaşmasında əsas amillərdən biri olduğunu vurğulayıb.

Tədbirin əsas məruzəçisi, UNEC İdman Klubunun inzibatçısı və Gənclik Tələbə Cəmiyyətinin Respublika Şurasının üzvü Mustafa Talıbov olub. O, çıxışında tələbələrə sağlam həyatın əsas prinsipləri, düzgün qidalanma vərdişləri, fiziki aktivliyin əhəmiyyəti və zərərli vərdişlərdən uzaq qalmağın vacibliyi barədə məlumat verib.

M.Talıbov bildirib ki, sağlam həyat tərzi sadəcə müvəqqəti seçim deyil, insanın gündəlik davranışlarına və dəyərlərinə çevrilməli olan uzunmüddətli bir prosesdir.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti