Logo

BDU-nun dekanı Polşada Türkoloji tədqiqatlar üzrə beynəlxalq konfransda məruzə edib

17.11.2025 13:44 36 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan Polşa Respublikasının Varşava Universitetinin dəvəti ilə Türkoloji tədqiqatlar üzrə beynəlxalq konfransda “Türk və Azərbaycan romantik poeziyasının tarixi” mövzusunda məruzə edib.

BDU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, Varşava Universitetinin Azərbaycan Mədəniyyəti Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Karaim Türkləri Fondu və Varşava Universitetinin birgə dəstəyi ilə təşkil olunan konfransa Polşa, Türkiyə, Azərbaycan, Qazaxıstan, Macarıstan, Fransa, Gürcüstan, Litvadan türkoloq alimlər qatılıblar.

Konfrans çərçivəsində Aydan Xəndan Varşava Universitetinin Asiya və Afrika mədəniyyəti fakültəsinin dekanı Agata Bareja Stazinska ilə fakültələrarası əməkdaşlıq istiqamətlərini də müzakirə edib.

 

Xəbər lenti