Logo

Buxara Dövlət Universitetinin nümayəndələri BMU-da olublar

14.11.2025 17:06 22 baxış
IMG

Özbəkistanın aparıcı ali təhsil müəssisələri sırasında yer alan Buxara Dövlət Universitetinin nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

BMU-dan bildirilib ki, görüşdə iki universitet arasında mövcud tərəfdaşlığın genişləndirilməsi, yeni akademik əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı vurğulanıb ki, son illər dövlət başçılarının siyasi iradəsi nəticəsində ortaq tarix, mədəniyyət və dostluq münasibətlərinə malik Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə, xüsusilə təhsil, elm və innovasiya istiqamətində sürətlə inkişaf edir. Universitetlərarası tərəfdaşlıq bu dostluğun daha da möhkəmlənməsinə, qarşılıqlı təcrübə mübadiləsinə və yeni təşəbbüslərin reallaşmasına şərait yaradır.

Tərəflər qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi, gələcək səfərlərin təşkili, beynəlxalq platformalarda birgə çıxışlar və müxtəlif sahələr üzrə əməkdaşlıq təşəbbüslərinin reallaşdırılması istiqamətində niyyətlərini ifadə ediblər.

Qonaqlar BMU-nun kampusu, maddi-texniki imkanları, müasir tədris mühiti və laboratoriyaları ilə tanış olaraq universitetdə formalaşdırılan infrastruktur barədə məlumat alıb və yaradılan şəraiti yüksək qiymətləndiriblər.

Xəbər lenti