Logo

UNEC ISE və Zərifə Əliyeva adına lisey yeni layihəyə start verib

14.11.2025 17:41 23 baxış
IMG

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) ölkənin aparıcı liseylərinin şagirdlərinin universitetə marağını artırmaq, eləcə də məktəblərlə universitet əməkdaşlığını gücləndirmək məqsədilə yeni layihəyə start verib.

Layihə lisey şagirdlərinin təhsil və intellektual inkişafına dəstək olmaq və onlarla birgə müxtəlif təhsil, sosial və mədəni fəaliyyətlər təşkil etmək üçün nəzərdə tutulub.

Layihə çərçivəsində UNEC-də Konstitusiya Gününə həsr olunmuş intellektual yarış keçirilib. Yarışda Zərifə Əliyeva adına liseyin şagirdləri və ISE-nin I kurs tələbələri iştirak ediblər. Yarışda liseyin şagirdlərindən ibarət 3 komanda iştirak edib. Suallar əsasən ümumi biliklər, məntiq və Azərbaycanla bağlı olub. Maraqlı keçən bilik yarışında ISE komandası I və II yerləri, Zərifə Əliyeva adına liseyin şagirlərindın ibarət “Zərif” komandası isə II yeri qazanıb.

İntellektual yarışın təşkil olunmasında ISE-Mentoru Şəms Məmmədli, tələbələr İlkin Nəcəfov, Davud Şeydayev və Zəhra Sadıqlı fəali iştirak ediblər.

Xəbər lenti