Logo

İlahiyyat İnstitutunun əməkdaşları beynəlxalq təkmilləşdirmə proqramında iştirak ediblər

14.11.2025 17:08 31 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Elnur Əzimli və ali təhsil müəssisəsinin doktorantı Fərhad Ələkbərov Malayziya Ali Təhsildə İdarəetmə Akademiyası və Malayziya Beynəlxalq İslam Universitetinin birgə təşkil etdikləri Qlobal Akademik Liderlik Təkmilləşdirmə Proqramında iştirak ediblər.

İnstitutdan bildirilib ki, proqramın məqsədi alimlərin liderlik xüsusiyyətlərini inkişaf etdirmək, qloballaşan dünyanın yeni çağırışlarına uyğun aktiv strategiyalar formalaşdıra biləcək akademik liderlər yetişdirməkdir.

Tədbirdə 21 ölkədən müxtəlif elm sahələri üzrə ixtisaslaşmış 60-dan çox gənc alim iştirak edib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbər lenti