Logo

Fətəli xan Xoyskinin 150 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

25.11.2025 22:50 22 baxış
IMG

Respublika Gənclər Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan Xoyskinin (1875–1920) 150 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan Bildirilib ki, “İstiqlaliyyət fədaisi Fətəli xan Xoyski – 150” adlı elektron məlumat bazasında görkəmli şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edilir.

Elektron bazanın “Rəsmi sənədlər” bölməsində Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamının tam mətni təqdim edilib. Bazada filologiya elmləri doktoru professor Asif Rüstəmlinin “Dövlətçiliyimizin və demokratiyamızın ilk müəllimi” adlı məqaləsinin tam mətni, “Fətəli xan Xoyskinin Cümhuriyyət dönəmində ictimai-siyasi fəaliyyəti”, “Azərbaycan Xalq Cümhuriyyəti – 100. Fətəli Xan Xoyski” başlıqları altında görkəmli ictimai xadimin keşməkeşli, lakin şərəfli, mübarizələrlə zəngin ömür yolu, ictimai-siyasi fəaliyyəti haqqında geniş məlumat verilib.

Elektron bazada Fətəli xan Xoyskiyə həsr edilən kitab və məqalələrin siyahısı, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumat, “Virtual sərgi”, ”Foto və videoqalereya” kimi bölmələr də yer alıb.

Baza ilə kitabxananın saytında tanış olmaq mümkündür.

Xəbər lenti