Logo

İbtidai təhsili bir müəllim tədris etməlidir? – Nazir problemə diqqət çəkdi

21.11.2025 00:03 78 baxış
IMG

“Ölçmələrimiz onu göstərir ki, 40-50% uşaq ibtidai sinfin sonunda V-VI sinfin məzmununu qavrayacaq şəkildə hazırlanmır. Biz sertifikatlaşdırmada da gördük ki, ən zəif nəticə göstərən müəllimlər ibtidai sinif müəllimləridir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin efirində yayımlanan “Diqqət mərkəzi” verilişində söyləyib.

Nazir bildirib ki, ibtidai təhsilin məzmununda problem var: “Biz ibtidai təhsili, əsasən, bir müəllim tərəfindən tədris olunan başlanğıc sinfi kimi başa düşürük. Amma ibtidai təhsil əsas, baza təhsildir. Biz ibtidai təhsildə oxuyub-anlamanı formalaşdırmaqda çətinlik çəkirik. “Uşaq 1 dəqiqədə neçə söz oxuyur” metodologiyasından “uşaq oxuduğunu anlayırmı” metodologiyasına keçməliyik”.

Mərziyyə Kazımzadə

Mərziyyə Kazımzadə

Xəbər lenti