Logo

AƏSMA və MYC (LLC) arasında elmi əməkdaşlıq genişlənir

25.11.2025 13:11 22 baxış
IMG

AƏSMA və MYC (LLC) arasında elmi əməkdaşlıq genişlənir: Sergey Dmitriyeviç professor-müəllim heyəti ilə görüşdə yeni imkanları təqdim etdi


AƏSMA-da LLC-nin direktoru Sergey Dmitriyeviçlə professor-müəllim heyətinin tədqiqat və elmi fəaliyyət istiqamətində əməkdaşlığın gücləndirilməsinə dair növbəti görüş keçirilib. Görüş dərsliklərin, monoqrafiyaların, məqalələrin və digər elmi nəşrlərin hazırlanması və çapına dəstək mexanizmlərinin müzakirəsinə həsr olunub.

Tədbiri "İqtisadiyyat və idarəetmə" kafedrasının müdiri, professor Vilayət İsmayılov açaraq bildirib ki, AƏSMA ilə MYC (LLC) arasında əməkdaşlıq 2023-cü ildən etibarən rəsmi ikitərəfli müqavilə əsasında həyata keçirilir və bu çərçivədə hər il birgə görüşlər, vebinarlar və onlayn müzakirələr təşkil olunur.

Professor Vilayət İsmayılov qeyd edib ki, əməkdaşlıq çərçivəsində elmi fəaliyyətin stimullaşdırılması, elmi əsərlərin nəşri və tədqiqatların dəstəklənməsi xüsusilə əhəmiyyətlidir. O, bu gün baş tutan görüşün AƏSMA-nın professor-müəllim heyətinin elmi seminarı kimi keçirildiyini vurğulayıb.

Görüşdə iştirak edən MYC (LLC) direktorı Sergey Dmitriyeviç əməkdaşları maraqlandıran sualları cavablandırıb, elmi nəşrlərin hazırlanması, beynəlxalq standartlara uyğunlaşdırılması və nəşriyyat dəstəyi ilə bağlı yeni imkanlar barədə məlumat verib.

Tədbir debat xarakterli davam edib, qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Bu əməkdaşlığın AƏSMA-nın elmi potensialının artırılmasına və müəllim-tədqiqatçıların fəaliyyətinin dəstəklənməsinə mühüm töhfə verəcəyi bildirilib.

 

"Scientific Publicat
"Scientific Publicat
"Scientific Publicat
"Scientific Publicat
"Scientific Publicat

Xəbər lenti