Logo

Fizika İnstitutunun 80 illik yubileyi qeyd olunub

22.11.2025 21:26 22 baxış
IMG

Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda institutun 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Bu barədə institutdan məlumat verilib. İnstitutun baş direktoru akademik Arif Həşimov Fizika İnstitutunun 80 illik fəaliyyəti haqqında məlumat verib.

Ardınca Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli məruzə ilə çıxış edib.

AMEA üzvləri Akif Əlizadə, Misir Mərdanov və Əli Abbasov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Milli Aviasiya Akademiyasının prorektoru Ədalət Səmədov, Sumqayıt Dövlət Universitetinin rektoru Əminağa Sadıqov və Abel Məhərrəmov təbrik nitqləri ilə çıxış ediblər.

Tədbirin sonunda ölkə daxilindən və xaricdən onlayn formatda 10-dan artıq elmi-tədqiqat və ali təhsil müəssisəsini təmsil edən alimlərin təbrik nitqləri səsləndirilib.

Fizika İnstitutunun 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans öz işini davam etdirir.

Xəbər lenti