Logo

20 min tam ştat müəllim vəzifəsi yaradılacaq

21.11.2025 00:08 83 baxış
IMG

“Növbəti sertifikatlaşdırma mərhələsində 35% əmsalından deyil, vahid əmsaldan istifadə etməyi planlaşdırırıq. Müxtəlif dövlət qurumlarının birgə qərarı əsasında bu əmsal dəqiqləşdiriləcək və yəqin ki, bu, müəllimin əməkhaqqısının artmasına səbəb olacaq”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” verilişində söyləyib.

Nazirin sözlərinə görə, mərhələli şəkildə 20 min tam ştat müəllim vəzifəsi yaradılacaq: “Müəllimimizin oturmağa yeri belə yoxdur. Ən yaxşı halda öz sinfi olan müəllimlərimiz var, onların da dərs saatı çoxdur. 12-13 saat dərsi olan müəllimin öz iş otağı yoxdur. Buna görə də “müəllimin rifahını yüksəldək” deyəndə ilk növbədə maaşını yüksəldək, daha sonra işə aidliyini, motivasiyasını yüksəldək və iş şəraitini yaxşılaşdıraq deyirik”.

Mərziyyə Kazımzadə

Mərziyyə Kazımzadə

Xəbər lenti