Logo

BDU ilə Mərkəzi Asiya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

25.11.2025 20:29 27 baxış
IMG

“QS Eurasia Forum 2025” çərçivəsində Bakı Dövlət Universiteti (BDU) və Özbəkistanın Mərkəzi Asiya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

BDU-dan bildirilib ki, memorandum universitetlər arasında akademik, elmi-tədqiqat və innovasiya sahələrində strateji əməkdaşlığı gücləndirməyi, təcrübə mübadiləsini təşviq etməyi və beynəlxalq layihələrdə birgə iştirak imkanlarını genişləndirməyi hədəfləyir.

BDU-nun rektoru Elçin Babayev və Mərkəzi Asiya Universitetinin rektoru Kamran Qulamov tərəfindən imzalanan memorandum çərçivəsində tərəflər birgə elmi seminarlar, konfranslar və tədqiqat layihələrinin təşkili, tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, həmçinin region üzrə innovativ və sosial layihələrdə birgə fəaliyyət istiqamətlərini müəyyən edəcəklər.

Bu əməkdaşlıq BDU-nun beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi və Mərkəzi Asiya regionunda akademik tərəfdaşlıqların dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir və ali təhsilin keyfiyyətinin yüksəldilməsi, universitetlərin beynəlxalq nüfuzunun artırılması istiqamətində mühüm addım hesab olunur.

Xəbər lenti