Logo

Ali təhsil müəssisələrinin institusional fəaliyyət göstəriciləri müzakirə olunub

26.11.2025 11:12 8 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistanın Daşkənd şəhərində “Quacquarelli Symonds” (QS) qlobal reytinq agentliyinin təşkilatçılığı və Mərkəzi Asiya Universitetinin ev sahibliyi ilə keçirilən QS Avrasiya Forumunda çıxış edib.

Nazirlikdən TƏHSİL.BİZ-ə bildirilib ki, Emin Əmrullayev çıxışında ölkəmizdə beynəlmiləlləşmə və elmi-tədqiqat imkanları barədə məlumat verib. O, ali təhsil müəssisələrinin qlobal rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Əlavə olaraq, forum çərçivəsində müvafiq sahə üzrə nazir və nazir müavinlərinin, o cümlədən qabaqcıl universitetlərin rəhbər heyətinin iştirakı ilə dəyirmi masa təşkil olunub. Dəyirmi masada ali təhsil müəssisələrinin institusional fəaliyyət göstəriciləri, məşğulluq nəticələri, ali təhsildə dayanıqlılıq kimi mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, forumda, həmçinin Azərbaycanın bir neçə qabaqcıl ali təhsil müəssisəsi nümayəndə heyəti ilə təmsil olunur.

Xəbər lenti