Logo

Ali məktəblərin beynəlxalq rəqabət qabiliyyətinin artırılması ilə bağlı əməkdaşlıq müzakirə olunub

25.11.2025 21:39 25 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistanın Daşkənd şəhərinə səfəri çərçivəsində Mərkəzi Asiya Universitetini ziyarət edərək universitetin rəhbər heyəti və himayəçilər şurasının sədri Abducabar Abduvaxitov ilə görüşüb, eləcə də universitetin maddi-texniki bazası ilə tanış olub.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Eyni zamanda, səfər çərçivəsində "Quacquarelli Symonds" (QS) qlobal reytinq agentliyinin təsisçisi və prezidenti Nuntsio Kvakvarelli ilə də görüş keçirilib, Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

 

 

 

 

 

 


 

Xəbər lenti