Logo

UNEC nümayəndə heyəti İstanbul Aydın Universitetində yeni tərəfdaşlıq istiqamətlərini müzakirə edib

26.11.2025 20:21 14 baxış
IMG

UNEC-in nümayəndə heyəti İstanbul Aydın Universitetində (İAÜ) işgüzar görüş keçirib.

Görüş zamanı iki universitet arasında strateji tərəfdaşlığın gücləndirilməsi, müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları və gələcək layihələr  müzakirə olunub.

Tərəflər ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mobilliyi, beynəlxalq və yerli tələbə qəbulu mexanizmləri, eləcə də idarəetmə və xidmət proseslərinin təkmilləşdirilməsi istiqamətlərində əməkdaşlıq perspektivlərini dəyərləndiriblər.

Görüşdə UNEC-i Tələbə İşləri Mərkəzinin direktoru Xalidə Yusifova, Türk Dünyası İqtisad Fakültəsinin dekanı v.m.i.e Yusif Əliyev, TIM direktor müavini və Tələbə Hərəkəti şöbəsinin müdiri Xalidə Kərimova, Bir Pəncərə şöbəsinin müdiri Nərmin Zeynallı, TİM əməkdaşı Rəfiqə Bağırzadə, Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici Əlaqələr şöbəsinin mütəxəssisləri Günel Cəlilova və Xanım Ağadadaşova, həmçinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Samir İsmayılzadə təmsil edib.

İstanbul Aydın Universiteti tərəfindən isə Dr. Osman Gültekin, Faruk Seferi, İrem Su Arslan və Ahmet Arif görüşdə iştirak ediblər.

Sonda əməkdaşlığın daha da genişləndirilməsi və birgə layihələrin hazırlanması istiqamətində növbəti addımlar üzrə razılaşmalar əldə olunub.

Xəbər lenti