Logo

Şagirdlərlə aparılacaq əxlaqi söhbətlər - Psixoloq məsləhəti

11.11.2022 15:22 1849 baxış
IMG

Tehsil.biz məktəb psixoloqu Camal Zeynaloğlunun tövsiyələrini təqdim edir.

Şagirdlərlə aparılacaq əxlaqi söhbətlərdə sinif rəhbərinin və müəllimlərin aşağıdakı prinsiplərə əməl etmələri zəruridir:

1.Əxlaqi söhbətlər məzmunca şagirdlərin müvafiq yaş səviyyəsinə uyğun olmalıdır. Bu zaman söhbəti hədsiz mücərrəd anlayışlar, mürəkkəb mühakimələrlə yükləmək olmaz.

2.Söhbət aparılan kollektivi, onların istiqamətini, qarşılıqlı münasibətini, təlimə, müəllimə münasibətlərini yaxşı bilmək və nəzərə almaq lazımdır.

3.Söhbəti konkret bir səbəblə, ölkənin və kollektivin həyatında baş verən bir hadisə ilə, yeni kitab və ya kinofilmlə əlaqələndirmək, onlarla bağlı şəkildə təşkil etmək zəruridir.

4.Söhbətə aydın, konkret misallardan başlamaq daha münasibdir. Söhbət zamanı şagirdlər üçün yeni olan, inandırıcı faktlardan, misallardan istifadə edilməlidir.

5.Əxlaqi söhbət zamanı şagirdlərdə maksimum fəallıq yaratmaq, onları canlı fikir mübadiləsinə cəlb etmək, onlarda fikir oyatmaq, əxlaq məsələləri üzərində düşünməyə məcbur etmək lazımdır. Şagirdlərə əxlaqi nəticəni hazır vermək əvəzinə, onların özlərinin əxlaqi normalar barədə nəticə çıxarmalarına /şübhəsiz, müəllimin rəhbərliyi altında/ nail olmaq zəruridir.

6.Şagirdlərin şüuruna çatdırılan məsələlərin yaxşı əsaslandırılmasında böyük əhəmiyyətə malikdir. Bu cəhətə əməl olunması xüsusilə yeniyetmə və böyük məktəblilərlə iş zamanı daha çox zərurət təşkil edir.

7.Əxlaqi söhbət zamanı şagirdlərdə dərin və aydın emosiyaların yaranmasına nail olmaq lazımdır. Bu isə o zaman mümkün ola bilər ki, müəllim söhbəti etinasız, həvəssiz deyil, emosional və canlı keçirsin.

Xəbər lenti