Logo

Dərs bölgüsünə müdaxilə oluna bilərmi?

18.11.2022 00:03 1119 baxış
IMG

Bəzən bir çox hallarda görürük ki, sentyabrın axırı, oktyabr ayında müəllim şikayət edir, dərs bölgüsündə dəyişiklik olunur. Maraqlı sual yaranır, dərs bölgüsü əslində necə olmalıdır, həqiqətən, müdaxilə oluna bilər? 

Təhsil müəssisələrinin idarə olunmasına görə kimlər müdaxilə edə bilər? 

Təhsil haqqında qanunun 30-cu maddəsinin 9- cu bəndinə əsasən təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə  orqanları istisna olmaqla dövlət və yerli özünü idarəetmə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir. Həmçinin Nazirlər Kabinentinin təsdiq etdiyi ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi 5,6 bəndinə əsasən ümumtəhsil məktəbinin idarə olunması ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla dövlət və yerli özünüidarə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir. Buradan belə nəticə çıxır ki, ümumtəhsil müəssisəsinin idarə olunmasına Regional Təhsil İdarəsi müdaxilə edə bilər.     

Pedaqoji şura

Dövlət ümumtəhsil məktəbimdə ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şura hesab olunur. Dərs bölgüsünün təsdiqi də Pedaqoji Şuranın vəzifələrindən biridir. Pedaqoji  Şuranı əksər zamanı sentyabrın 14 və ya 15 -i keçirib-keçirməsək də, sonra o tarixdə yazırıq.

İlk prosesdə müzakirə olunan məsələlərdən biri də dərs bölgüsüdür. Dərs bölgüsü Pedaqoji Şurada müzakirə edilir, təsdiq edilir, vəssalam, bitdi...

Dərs bölgüsü həqiqətənmi diaqnostik ballara görə bölünməlidir?

Dərs bölgüsünün diaqnostik ballara görə bölünməsinə dair hüquqi bir sənəd yoxdur.

Tövsiyə oluna bilər, ancaq zəruri və məcburi deyil. Bu müəssisəninin daxilində olan prosesdir. Yəni, hansısa X müəllim bununla bağlı məhkəməyə müraciət etsə ki, "mənim stavkam təmin olunmalıdır, balım azdır deyə verilmir" söz müəllimindir. Məhkəmədə müəllim qalib olacaq, direktor haqsız.

"6 saat limiti"

Ümumiyyətlə, təhsil sistemində "saxta diplomlu", "MİQ-dən kənar" müəllim anlayışı yoxdur. Bütün müəllimlər bərabərhüquqludur. Əslində 6 saat qadağasının da hüquqi bir əsası yoxdur. 

Nümunə: İbtidai sinif müəllimlərində əslində onların icazəsi olmadan ingilis dili-informatika fənlərindən başqa digər heç bir fənni başqa müəllimə verməyə ixtiyarımız yoxdur. Ancaq balı az olan ibtidai sinif müəlliminə dərsi az  veririk , qalanın da digər müəllimlərə.. Hətta çox verəndə deyilir ki, balı az ibtidai sinif müəlliminə niyə çox dərs vermişik? Deyə bilmirik ki, axı bu müəllimin yazılı razılığı olmadan verə bilmərik..

Digər bir nümunə: Müəllim şikayət edir, hansısa bir məsləhətçi, müdir zəng edir ki, niyə bu müəllimə bu qədər dərs vermisən? Bunu dəyiş...

Bu məsələdə vəziyyət niyə bu yerdədir?

Birinci növbədə, Pedaqoji Şurada təsdiq edilmiş qərara dəyişiklik üçün yenidən Pedaqoji Şura keçirilməlidir. Belə çıxır ki, hər müəllim  şikayət edəndə, yuxarıdan kimsə zəng edəndə biz yenidən şura keçirdib, dərs bölgüsünü təsdiq etməliyik.      

Diaqnostik ballara görə bölgü olmalıdırmı?

Dərs bölgüsündə mübahisəli hallar yarandığına görə köməklik etmək məqsədi ilə düstur verilib ki, dərs bölgüsündə bu nəzərə alına bilər. Bu mütləq belə olmalıdır anlayışı yoxdur. 

Bəs niyə müdaxilə olunur? 

Bu iki səbəbdən yaranır. İlk növbədə, qeyd edim ki, müəllim şikayət edəndə bəzən sakitçilik istənilir ki, səs çıxmasın. Bəzən də həqiqətən, müəllimin haqqının axtarmasına köməklik edilir. Direktora da yuxarıdan zəng gəlir, etməsə, sabah problem yaranacaq deyə məcbur razı olur.

Elşən Ramizoğlu

Xəbər lenti