Logo

İxtisasartırma ilə bağlı bilmədiyimiz məqamlar: Müəllimlərin NƏZƏRİNƏ

25.11.2022 22:03 8147 baxış
IMG

Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir. 

Tehsil.biz xəbər verir ki, bu, insan potensialının inkişafının, kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, onların daim yenilənən əmək şəraitinə uyğunlaşdırılmasının təmin edilməsi və s. vəzifələri daşıyır.

Əlavə təhsil ixtisasartırma, kadrların yenidən hazır­lanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edir.

Ən çox adıçəkilən və müəllimlərin  müraciət etdiyi əlavə təhsil növü ixtisasartırmadır.

İxtisasartırma müəllimin öz ixtisasına daha dərindən yiyələnməsi üçün nəzərdə tutulur. Bunu ixtisasdəyişimi ilə qarışdırmaq olmaz. İxtisasdəyişiminə yalnız pedaqoji təhsili olanlar müraciət edə bilərlər. Yəni tutaq ki, I ixtisas qrupu üzrə hər hansı bir ixtisası bitirən şəxs ixtisasdəyişimi ilə Fizika müəllimi işləyə bilməz.

Lakin Tarix müəllimi ixtisasını dəyişərək tarix-coğrafiya, kimya müəllimi kimya-biologiya və s. dəyişimlər  mümkündür.

İxtisasartırma və yenidən hazırlanma tədris müəssisələri Azərbaycan  Respublikası Təhsil Qanununa, ona müvafiq olaraq Azərbaycan Respublikasında qəbul edilmiş digər qanunvericilik aktlarına, bu Əsasnaməyə və özünün Nizamnaməsinə uyğun fəaliyyət göstərir.

İxtisasartırma təhsili əyani və distant (məsafədən) olmaqla 2 formada həyata keçirilə bilər.

Bir ixtisasartırma dövrü ayrı-ayrı kateqoriyalardan olan kadrların nəzərdə tutulan minimum təhsil kreditlərini toplamaları üçün ayrılan müddətdir. İxtisasartırma təhsilinin minimum həddi bir ixtisasartırma dövründə hər bir dinləyici üçün müəyyən edilmiş ixtisasartırma proqramının həcmini göstərir. Bu və ya digər kateqoriyadan olan kadrlar üçün ixtisasartırma dövrü mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən müəyyən edilir.

İxtisasdəyişimi zamanı əgər bir müəllim Biologiya müəllimliyindən Kimya müəllimliyinə ixtisasdəyişi edərsə, bu zaman, adətən, 1 il təhsil almaq kifayətdir. Yox, əgər  Kimya-biologiya ilə əlaqəsi olmayan, digər fənn müəllimliyi  seçilərsə, təhsil müddətinin minimal həddi, təxminən, 3 il müəyyənləşdirilir.

İxtisasartırma təhsilini müvəffəqiyyətlə başa vuran və müəyyən edilmiş krediti toplayan hər bir dinləyiciyə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən vahid formalı sertifikat verilir. Sertifikatlar əlavə təhsil müəssisəsi tərəfindən imzalanır və möhürlənir.

Xəbər lenti