Logo

Qazax Müəllimlər Seminariyasının yaradılması - TARİX

20.06.2023 12:13 454 baxış
IMG

Qazax Müəllimlər Seminariyasının yaradılması o dövr üçün müstəsna hal kimi qiymətləndirmək olar.

Tehsil.biz xəbər verir ki, 1879-cu ildə yaradılan Azərbaycan bölməsinin əsasında 1919-cu ildə Firidun bəy Köçərlinin rəhbərliyi ilə Qazax Müəllimlər Seminariyası yaradılıb

Öz xalqının gələcəyini elmdə, təhsildə görən görkəmli ziyalılar yeni tələblərə cavab verən müəllim kadrlarının hazırlanması üçün var qüvvələrini sərf etmişlər. Onların səyləri 80 il bundan əvvəl Qazax Müəllimlər Seminariyasının yaranması ilə nəticələnmişdir. Vaxtilə bütün Yaxın Şərqdə şöhrət tapan seminariyanın yaradılması Azərbaycan maarifçilərinin fədakarlığı və vətənpərvərliyinin canlı nümunəsi, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təhsil sahəsində yeritdiyi düzgün və məqsədyönlü siyasətin parlaq təzahürüdür.

Qazax Müəllimlər Seminariyasının xalqımızın mədəni həyatında oynadığı rol danılmazdır. Onun təməli üzərində neçə-neçə təhsil ocaqları yaranıb inkişaf etmişdir. Bu təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir...” (“Azərbaycan” qəzeti, 28.12.1999).

Tarixdən bəllidir ki, Azərbaycan şöbəsi 5 il sınaq müddətinə açılmışdı. Əgər eksperiment yaxşı nəticə verərdisə, yəni azərbaycanlılar öz övladlarım məktəbə təhsil almağa könüllü göndərərdilərsə, onda həmin şöbə ayrılıb Azərbaycanın hansısa bir şəhərinə köçürülməli idi. F.Köçərlinin 1909-cu ildə “Tərəqqi” qəzetində çap etdirdiyi “Zaqafqaziya seminariyası” adlı məqaləsindən öyrənirik ki, 1884-cü ildə Azərbaycan şöbəsinin hansısa bir Azərbaycan şəhərinə köçürülməsi məsələsi ortaya çıxanda buna şöbənin inspektoru Aleksey Osipoviç Çemyayevski, Mirzə Hüseyn Əfəndi Qayıbzadə, Əbdüssəlam Axundzadə, Səfərəli bəy Vəlibəyov tərəfdar çıxmışdılar. 

Lakin təəssüf ki, o zaman bu ideyanı həyata keçirmək mümkün olmamış və bu məsələ sonralar o dövrün maarifçi ziyalıları tərəfindən dəfələrlə qaldırılsa da, həmin şöbəni Qoridən Azərbaycana köçürməyə imkan verilməmişdi. Sonralar bu ideyanın ən qızğın tərəfdarı olmuş F. Köçərli hətta Azərbaycan Müəllimlərinin I qurultayında da (Bakı şəhəri, 15-31 avqust 1906-cı il) həmin məsələnin müzakirəsinə nail olmuş, bu haqda çıxış etmiş və hətta qurultay “təxirə salınmadan Qori Seminariyası Azərbaycan şöbəsinin Azərbaycanın hansısa bir şəhərinə köçürülməsi” haqda qərar da qəbul etmişdi. 

Bu doğma seminariyanın divarları arasında neçə-neçə aydın yetişib. Xalqına, millətinə ləyaqətlə xidmət etmişdir.

Xəbər lenti