Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və özəl sektordan olan tərəfdaşlarla birgə həyata keçirdiyi “Həmkardan həmkara qayğı ilə” sosial layihəsinin növbəti aksiyası “Şıx” müalicə və istirahət mərkəzində təşkil olunub.
Burada müalicə alan və istirahət edən 120-dən artıq vətəndaş özəl tibb müəssisəsinin oftalmoloq və kardioloqları tərəfindən ödənişsiz müayinə olunub. Səhhətində problem aşkar edilən şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.
TƏHSİL.BİZ xəbər verir ki,layihənin məqsədi tibbi xidmətlərə əlçatanlığı daha da artırmaq və ölkəmizdə həyata keçirilən sosial siyasətə töhfə verməkdir.
Qeyd edək ki, “Həmkardan həmkara qayğı ilə” layihəsi çərçivəsində ümumilikdə 1600-dən çox vətəndaş ödənişsiz tibbi müayinələrdən faydalanıb və layihə bundan sonra da davam etdiriləcək.