Logo

ADAU-nun tələbə evində yaşayan tələbələrə təhlükəsizlik qaydaları izah olunub

25.09.2025 14:23 48 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) yeni tədris ilinin başlanması münasibətilə Tələbə evlərinə yeni gələn tələbələr üçün maarifləndirici tədbir təşkil edilib.

TƏHSİL.BİZ-in bölgə müxbiri xəbər verir ki, tədbirin əsas məqsədi tələbələrin yanğın təhlükəsizliyi, elektrik cihazlarından düzgün istifadə qaydaları, həmçinin fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı maarifləndirilməsi olub.

Çıxış edənlər bildiriblər ki, yanğın və digər fövqəladə hallar zamanı tələbələrin təmkinli davranması, təxliyə yollarını bilməsi və elektrik cihazlarından ehtiyatla istifadə etməsi həyat və sağlamlıq üçün mühüm əhəmiyyət daşıyır.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və praktiki tövsiyələr nümayiş olunub.

 

Xəbər lenti