Logo

ADAU tələbələri üçün yeni təqaüd proqramı başlayıb

26.09.2025 10:04 63 baxış
IMG

“Aqrar Məşvərət Şurası” İctimai Birliyi tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetinin bakalavriat səviyyəsində təhsil alan tələbələri üçün nəzərdə tutulmuş təqaüd proqramına yenidən start verilib. 

TƏHSİL.BİZ  xəbər verir ki, proqram “Azərbaycanın gənc aqro liderləri” adı altında həyata keçirilir. Təqaüd əyani formada təhsil alan, yüksək akademik göstəriciləri ilə seçilən II və III kurs tələbələrinə şamil olunur. Proqram “Aqronomluq”, “Baytarlıq”, “Zoomühəndislik” və “Aqromühəndislik” ixtisaslarında uğur qazanan tələbələri əhatə edir. 

Layihənin əsas məqsədi aqrar sahədə liderlik potensialına malik, müasir bilik və bacarıqlarla təchiz olunmuş gənclərin dəstəklənməsi, onların təhsil imkanlarının genişləndirilməsi və peşəkar inkişafına şərait yaradılmasıdır.


 

Xəbər lenti