Logo

ADNSU-da “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşü keçirilir

26.09.2025 10:03 36 baxış
IMG

Sentyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ev sahibliyi ilə “Mərkəzi Asiya+ rektorlar klubunun 6-cı görüşü” öz işinə başlayıb.

TƏHSİL.BİZ xəbər verir ki, tədbir "Avrasiya universiteti brendinqi: kimliyin və qlobal əhatəliliyinin tarazlaşdırılması" mövzusuna həsr olunub.

Görüş çərçivəsində Avrasiya universitetlərinin brend strategiyaları, rəqəmsal transformasiya və ali təhsildə milli kimliyin qorunması kimi mövzular müzakirə olunur. Tədbirin məqsədi Avrasiya ali təhsil məkanında universitetlərin dəyərlər və missiya əsasında inkişaf yollarını, eləcə də qlobal təhsil sisteminə inteqrasiya zamanı özünəməxsusluğun necə qorunub saxlanıla biləcəyini araşdırmaqdır.


 

Xəbər lenti