Logo

NDU və BANM kitabxanaları arasında əməkdaşlıq görüşü keçirilib

26.09.2025 12:59 65 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin elmi kitabxanası ilə Bakı Ali Neft Məktəbinin Kitabxanası arasında “Zoom” platforması üzərindən onlayn əməkdaşlıq görüşü təşkil olunub. 

TƏHSİL.BİZ xəbər verir ki, görüşün məqsədi hər iki ali təhsil müəssisəsi arasında kitabxana xidmətlərinin rəqəmsallaşdırılması, elektron resursların mübadiləsi, fondların sistemləşdirilməsi və gələcək birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə etmək olub.  

NDU Elmi Kitabxanasının direktoru, fəlsəfə üzrə elmlər doktoru, dosent Xumar Məmmədova universitet kitabxanasının fəaliyyəti, elektron resurs bazası və istifadəçilərə göstərilən xidmətlər barədə geniş təqdimatla çıxış edib. O, kitabxananın həm ənənəvi, həm də elektron informasiya xidmətləri vasitəsilə tədris və tədqiqatlara dəstək verdiyini vurğulayıb. Eləcə də, beynəlxalq elmi platformalara inteqrasiyanın əhəmiyyətindən danışıb və universitetdə tədqiqatçıların EBSCO, “Clarivate”, “Taylor Francis” elmi bazalara girişini qlobal elmi cəmiyyətə qoşulması üçün böyük imkan olduğunu qeyd edib.

Bakı Ali Neft Məktəbi Kitabxanasının şöbə rəhbəri əvəzi Əzizə Cəfərova və əməkdaşları isə çıxışlarında kitabxananın mühəndislik istiqamətlərinə uyğun formalaşmış zəngin fonda, müasir texnologiyalara və tədris mühitinə malik olduğunu bildiriblər. Qeyd olunub ki, fondda xarici ali məktəblərin müasir dərslikləri, bədii ədəbiyyat və elektron resurslar geniş yer tutur və tələbələr ödənişsiz əsaslarla bu dərs vəsaitlərinə yiyələnirlər.

NDU-nun elmi kitabxanasının əməkdaşı Şəhriyar Quliyev universitet kitabxanasının beynəlxalq bazalarda fəaliyyət istiqamətlərindən və bu imkanların tələbələr tərəfindən səmərəli istifadə olunmasından bəhs edib.

Görüşdə ali məktəb kitabxanalarının rəqəmsal dövrdə yeni funksiyaları, qarşılıqlı layihə imkanları və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda belə görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyəti vurğulanıb və tərəflər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində razılıq əldə olunub.

 

 

 

 


 

Xəbər lenti