Logo

Direktordan müşavirə şikayət edildi

12.11.2021 12:30 1186 baxış
IMG

Təhsil nazirinin müşaviri Rüstəm Ağayevə!

Sizə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malik alim, uşaqların gigiyena və sağlamlığını qoruyan həkim-pediatr, Azərbaycan Tibb Universitetində müəllim işləyən pedaqoq, hər iki cinsdən övladı olan valideyn və ən əsası “Məktəblinin dostu” layihəsinin rəhbəri və kuratoru kimi müraciət edirik. Xahiş edirik məsələyə bir məmur kimi deyil, qeyd etdiyimiz kimi, bir alim, həkim, müəllim və ölkədə məktəbliyə “dost” olmaq fəlsəfəsi ilə yaradılan bir sistemin ideoloqu kimi baxasınız.

Təsəvvür edin ki, bir nəfər şəhərdə iş yerini itirir və rayona köçür. İqtisadi çətinliyi olan bu adam vicdanlı davranaraq övladını rayonda ödənişli əsaslarla fərdi təhsilə cəlb edir. Lakin növbəti tədris ilində şəhərə yaşamağa qayıdan zaman məlum olur ki, övladı mövcud qaydalara zidd olaraq növbəti sinfə keçirilməyib. Bu azmış kimi məktəb rəhbərliyi qanunvericiliyin tələbinə zidd olaraq onun övladını məktəbdən xaric edib. Rəhbərlik keçən tədris ilində dərslərdə iştirakın könüllülük prinsipini nəzərə almayaraq məktəbdən xaric edilməyə səbəb kimi uzun müddət təhsildən yayınmanı göstərsə də Təhsil Nazirliyinin UTİS elektron sistemi şagirdin digər məktəbə qəbul edilmədən əvvəlki məktəbdən xaric edilməni dəstəkləmir. Bu elektron sistem yalnız valideyn xaricə köçdükdə şagirdin məktəbdən xaric edilməsini dəstəkləyir. Demək şagirdin sinifdə saxlanması qanuni olsa belə onun məktəbdən saxta sənədlərlə çıxarılması tam aydındır. Yəni şagirdin şəxsi işi valideynə verilir və şagirdin adı da ölkə üzrə heç bir məktəbin şagirdləri arasında olmur. Nəticədə tədris ilindən aylar keçsə də ibtidai sinif şagirdi olan qız uşağı hazırda dərsə getmir. Şagirdin dərsdən yayınmasına səbəb olan bu hal məktəbə, icra hakimiyyətinə, yerli və mərkəzi təhsil idarəetmə orqanlarına ayalardır edilən müraciətlərə rəğmən həllini tapmır. Sualımız çox sadədir: Siz bu halı necə qarşılayardınız?

İndi gələk məsələnin təfərrüatlarına. Abşeron rayonu Xırdalan şəhər 9 saylı məktəbin ibtidai sinif şagirdi Fatimə Nəcəfli dərs ilinin başlanmasından iki ay keçsə də məktəbdən xaric edildiyindən hazırda dərslərdə iştirak etmir. Sözügedən məktəbdə  “Məktəblinin dostu” layihəsi fəaliyyət göstərir. Məktəbdən qovulan və aylardır təhsilə cəlb edilməyən şagird psixoloji sarsıntı keçirdir və məktəbliyə qarşı edilən bu hərəkət məktəb direktoru Həcər İbrahimova tətəfindən edilən bullinq və psixoloji qısnamadır. Dost dosta vəfalı olmalıdır. Sizlərin xəbəri varmı ki, hazırda həmin məktəbli dostunuz haradadır? Onu düşdüyü psixoloji və təhsilsiz qalma vəziyyətindən məgər dostları xilas etməli deyil? Məgər sizlər əgər dostluq edirsinizsə axıra qədər etməli deyilsiniz? Fikrimizcə məktəblilərlə bu cür dostluq olmur. Məktəblilərlə dostluğu yalnız məktəbdə deyil, onlar hər yerdə olsalar belə etmək lazımdır. Dostluq yarıya qədər olmur, tam olmalıdır...

Mövzu ilə bağlı ətraflı tanış olmaq üçün keçid linki:
https://tehsil.biz/news/az/26771/Direktor-agirdi-mktbdn-QOVDU

Xəbər lenti