Logo

Xalq rəssamı Sakit Məmmədov TURKKON-un fəxri üzvü seçilib

04.12.2025 15:29 28 baxış
IMG

Azərbaycan Respublikasının Xalq rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru Sakit Məmmədov ilə görüş keçirilib.

Görüşdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi filologiya elmləri doktoru Aynel Məşədiyeva və Turan Dövlətləri Birləşmiş Konfederasiyasının (TURKKON) xarici təşkilatlanma üzrə sədr müavini Mesut Gülaçtının rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Dilçilik İnstitutundan TƏHSİL.BİZ-ə bildirilib ki, görüş zamanı incəsənət sahəsində əməkdaşlıq imkanları, TURKKON-un strateji istiqamətləri və planları ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər incəsənətin birləşdirici gücü, ortaq layihələrin potensialı və müxtəlif mədəni platformalarda əməkdaşlığın yeni mərhələləri barədə fikirlərini bölüşüblər.

Görüşün ən önəmli məqamlarından biri isə Sakit Məmmədovun Turan Dövlətləri Birləşmiş Konfederasiyasının fəxri üzvü seçilməsi olub. Bu qərar rəssamın sənət aləminə verdiyi böyük töhfələrin, beynəlxalq səviyyədə Türk dünyası incəsənətini uğurla təbliğ etməsinin yüksək qiymətləndirilməsi kimi qarşılanıb.

Xəbər lenti