Logo

Xilaskar

18.06.2021 13:42 778 baxış
IMG

1989-cu ildən başlayaraq ermənilər havadarlarına arxalanaraq  azərbaycanlıların başına  müsibətlər gətirir  və  gün-gündən daha da azğınlaşırdılar. Tarixi torpaqlarımızdan zorla qovulan soydaşlarımız  Azərbaycana pənah gətirirdilər.Köməyə ehtiyacı olan xalqımızın o vaxtkı bacarıqsız rəhbərləri heç bir tədbir görmür, Azərbaycan məhvə doğru gedirdi. Belə vəziyyətdə xalqımız ayağa qalxaraq öz hüquqlarını,haqqı-ədaləti tələb edirdi. Bir nəfər də olsa azərbaycanlının hüququnu qoruya bilməyən yarıtmaz məmurlar ancaq öz mənafelərini güdür,fürsətdən istifadə edib ölkəni soyub talayır, dövlətin suverenliyini təhlükə altına alırdılar. Ermənilərin xalqımıza qarşı başladıqları soyqırımı görməzdən gələrək heç bir əməli tədbir görmür,əksinə düşmən dəyirmanına su tökürdülər. Elə bu səbəbdən də xalqın dövlətə olan inamı qırılmışdı.Dövlətin daxilindəki çəkişmələr,üsyanlar, özbaşnalıqlar xalqın ümidini tamam qırmışdı.Yeni müstəqilliyini qazanan Azərbaycan faktiki olaraq məhvə doğru gedirdi.Xalqın bir ümid yeri,bir pənahı var idi.O, Heydər Əliyev idi.Xalq inanırdı ki,bu bəladan onları dahi şəxsiyyət,uzaqgörən,xalqını sevən, xalqın  dahi oğlu Heydər Əliyev xilas edə bilər.Ona görə də Heydər Əliyevə müraciətlər edildi.Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci  katibi,Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü,SSRİ Nazirlər  Soveti sədrinin birinci müavini işləmiş Heydər Əliyev xidmət etdiyi sistemin səhvlərini, mənfur məqsədlərini ifşa etdi. Qorxmadan, çəkinmədən Yanvar qırğınına görə günahkarları ifşa etdi. Təqiblərə, təsirlərə rəğmən vətəninə döndü. Xalqının xilaskarı missiyasını şərəflə öz üzərinə götürdü. Dərin siyasi savadını, təcrübəsini əsirgəmədi xalqından. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi böyük işlərə imza atdı. Ömrünü xalqının rifahı üçün fəda edən Ulu Öndər çoxsaylı müraciətlərə laqeyd qala bilməzdi.Öz idarəetmə gücünə,biliyinə,siyasətinə inamı ilə xalqına arxalanan Heydər Əliyev 1993-cü il  9 iyunda Azərbaycan xalqının təkidli tələbi ilə Bakiya gəldi. Xalq onu öz xilaskarı kimi sevinclə qarşıladı. 1993-cü il 15 iyunda Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ulu Öndər artıq böyük missiyasını məharətlə həyata keçirməyə başladı.

 

1997-ci ildə isə Azərbaycan Respublikasının Milli Məclisi bu missiyanın“Milli Qurtuluş” missiyası olmasını təsbit etdi. Bu tarixi qiymətləndirmə Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qaydışına verilmiş düzgün,ədalətli və obyektiv qiyməti əks etdirdi.Heydər Əliyevin  rəhbərliyə qaydışı  ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin başıpozuq hərəkətlərinin,daxildə qardaş qırğınının,vətəndaş müharibəsinin qarşısını aldı.Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması təhlükəsi sovuşdu. Tarixdə 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşnalıq,avantürist eksperimentlər dövrü kimi qaldı.Səbəbi isə adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan səriştəsiz  şəxslərin dövlətə rəhbərlik etməsi oldu.Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edir:

 

”Azərbaycan böyük təhlükə qarşısında idi.Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi,həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhmiyyətə,zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi”.

 

Xalqının çağırışına səs verən Ulu Öndər Azərbaycanı dəhşətli bəlalardan xilas etdi və sözün əsl mənasında xalqı düçar ola biləcək  bəlalardan qurtardı.Heydər Əliyevin məhz hakimiyyətə qaydışı sayəsində həmin il dövlətimizin dönüş ili oldu.Ümummilli Lider çətin,həm də şərəfli işi,xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü və yeni dövlət quruculuğuna start verdi.1993-cü ilin 3 oktyabrında xalqın xilaskarı Ümummilli Lider rəqabətsiz, böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. “Mənim həyatım da,fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına,  ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” -deyən Ümummilli Lider  ilk öncə ölkədə sabitliyin yaradılmasını prioritet hesab edirdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa,sağlam ictimai-siyasi mühit olmasa,heç bir sosial-iqtisadi proqramdan,yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.                                 

 

Dahi şəxsiyyət, xalqın xilaskarı  işgüzarlığı sayəsində respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dövlət idarəçiliyində hər bir sahə üzrə inkişafın təməlini qoydu.Yeni-yeni, dövlət və region əhəmiyyətli lahiyələri həyata keçirildi.Azərbaycan iqtisadiyyatı inkişaf etməyə başladı. Artıq bu gün dahi Öndərin şərəfli yolunu dünya şöhrətli,tarixyazan Prezidentimiz  cənab İlham Əliyev və Azərbaycan xalqı uğurla, birlikdə davam etdirir.

 

Elmira Tağıyeva


Neftçala rayon sakini, müəllim

Xəbər lenti