Logo

27 sentyabr - yeni eranın başlanğıcı

29.06.2021 19:04 1192 baxış
IMG

27 sentyabr 2020-ci il Azərbaycan tarixində unudulmaz bir tarixin başlanğıcı oldu. Məhz həmin gün Ermənistan növbəti təxribata əl atmış, lakin ordumuz bu təxribata cavab olaraq əks-hucuma keçmiş, düşməni geri çəkilməyə məcbur etmişdi. Ordumuz hücumları davam etdirərək işğal altındakı Füzulinin bir neçə kəndini işğaldan azad etdi. Aprel döyüşlərindən və Naxçıvan əməliyyatından sonra ordumuz ilk dəfə torpaqlarimizin bir hissəsini işğaldan azad edirdi. Bu şanlı tarixin hələ başlanğıcı idi. 3 oktyabrda Suqovuşan azad edildi. Azərbaycanın öz dogma torpaqlarını işğaldan azad etmək uğrunda apardığı bu muharibə tariximizə II Qarabağ müharibəsi, Vətən müharibəsi adı altında həkk olundu.

 

Müharibənin başlanmasından bir neçə gün sonra 30 ilə yaxın bir müddətdə lazımsız yerə danışıqlar yolu ilə həll variantını irəli sürən böyük dövlətlər atəşkəs çağırışı etdilər, lakin ölkə başçısı cənab İlham Əliyev xalqəna və ordusuna arxalanaraq, bütün edilən təzyiqlərə sinə gərə bildi, çünki bu bizim haqq işimiz idi. Müharibəni davam etdirən Azərbaycan ordusu 14 oktyabrda Hadrutu, 17 oktyabrda Füzulini, 21 oktyabrda Zəngilanı, 25 oktyabrda Qubadlını və nəhayət 8 noyabrda Şuşa şəhərini işğaldan azad etdi və bundan sonra Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Ermənistan kapitulyasiya imzalamağa məcbur oldu. 10 noyabr sazişinə əsasən 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabr 2020-ci il tarixlərində Laçın Azərbaycana qaytarıldı.

 

Bununlada 44 gün davam edən Vətən müharibəsi ordumuzun parlaq qələbəsi ilə başa çatdı. 30 ilə yaxın həsrətində olduğumuz doğma torpaqlarımız azad edildi. Eyni zamanda Azərbaycan BMT-nin qəbul etdiyi qətnamələri özü yerinə yetirdi. 44 günlük müharibə dövründə bir sıra dövlətlər Azərbaycana dəstək verdilər. Xüsusilə qardaş Türkiyənin dəstəyi əvəzsizdir. Müharibə ərəfəsində Türkiyə-Azərbaycan birgə təlimləri ordumuzun yüksək hazırlığında böyük rol oynadı. Türkiyənin siyasi və mənəvi dəstəyi də qələbə də böyük rol oynadı. Şəxsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana ən yüksək siyasi dəstəyi bildirmiş haqq işimizə qarşı çıxan bir sıra ölkələri sərt tənqid etmişdi. Xüsusilə ATƏT-in Minsk qrupunun 30 ilə yaxın müddət ərzində yarıtmaz və yalnız işğalı uzatmağa hesablanmış işlər apardıqlarını bildirmişdir. Qardaş Türkiyə ilə yanaşı, Pakistan, Əfqanıstan Qətər, Ukrayna, İtaliya kimi ölkələr də Azərbaycana dəstək verdilər. Həmçinin bir sıra təşkilatlar da, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı Azərbaycanın haqq işinə dəstək verdilər. Əlbəttə, bu qələblərin əldə edilməsində Azərbaycan əsgərinin vətən eşqi, qəhrəmanlığı mühüm rol oynadı. Bu haqq savaşında 3000-ə yaxın şəhid verdik. Bunlarla yanaşı, ölkə başcısı cənab İlham Əliyevin 17 il ərzində apardığı uğurlu daxili və xarici siyasəti də mühüm rol oynandı. Ölkə başcısı illər ərzində ordu quruculuğu sahəsində xeyli sayda uğurlu işlər həyata keçirmişdir. Ordumuzun madddi-texniki təminatının yaxşılaşdırılması, hərbi qulluqçuların maddi ehtiyaclarının təmin edilməsi sayəsində mühüm işlər görülmüşdü. Ordunun ən müasir tələblərə cavab verəcək dərəcədə hazırlanması da mühüm əhəmiyyət kəsb edirdi.

 

1918-ci il iyunun 26-da yaradılan Azərbaycan ordusu bu gün dünyanın ən güclü orduları sırasındadır. Məhz həmin illər ərzində həyata keçirilən ordu quruculuğunun nəticəsi idi ki, ordumuz 44 günlük Vətən müharibəsində parlaq qələbə çaldı. Ərazinin relyefinin əlverişsiz olmasına baxmayaraq, Azərbaycan ordusu ən çətin vəzifələrin öhdəsindən məharətlə gəldi. Şuşanın azad olunması isə ayrıca bir parlaq səhifədir. Şuşanın azad olunması dünya hərb tarixində yeni hərbi taktikaların həyata keçirilməsi ilə baş verdi. Azərbaycan əsgəri sıldırım qayalıqları dırmaşa-dırmaşa Şuşaya daxil oldu və biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli azərbaycan torpağıdır.

 

Azərbaycan ordusu illər ərzində mürəkkəb inkişaf yolu keçmişdir. Ordu quruculuğu sahəsində böyük islahatlar aparılmış, mühüm işlər görülmüşdür. Beynəlxalq müstəvidə real hadisələri dünya ictimaiyyətinə çatdırmağa nail olmuşuq. 30 il ərzində “ikili standartlar” siyasəti həyata keçirən beynəlxalq təşkilatlar riyakarlıq edərək münaqişənin sülh yolu ilə həll olunmasına, erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasına, qəbul edilmiş qətnamələrin yerinə yetirilməsinə əhəmiyyət vermirdilər.

 

2021-ci il iyunun 26-da ölkə başçısı cənab İlham Əliyev Azərbaycan ordusunun yaradılmasının 103 illiyi munasibətilə etdiyi çıxışında Azərbaycan ordusunun qəhrəmanlığından bəhs edərək əldə olunan qələbənin tariximizin parlaq səhifəsi olduğunu bildirmişdir: “Ordu quruculuğu işləri yenə də yüksək səviyyədə davam etdiriləcək, ordunun sayı artırılacaq”. Yüksək texnika ilə təmin edilmiş Ordumuz daha da güclənmişdir. İkinci Qarabağ mühairbəsi bunu bütün dünyaya sübut etdi. Vətən müharibəsində xalq-ordu birliyinin vacibliyi və əhəmiyyətini xüsusi qeyd edən dövlət başçısı bildirmişdir ki, son günlər Ermənistan yenə də öz təxribatlarından əl çəkmir. Dövlət sərhədində növbəti təxribatlar törədir. Bütün bunlar Cənubi Qafqazda sülh və təhlükəsizliyə böyük xələl gətirməklə yanaşı, Ermənistanın qeyri-konstruktivliyini göstərir. Eyni zamanda Ermənistan 10 noyabr sazişinin bəndlərini açıq-aşkar pozmaqla, Zəngəzur dəhlizinin açılması prosesinin ləngitməyə çalışır. Dövlət başçısı İlham Əliyev öz çıxışlarında qeyd etmişdir ki, Ermənistan dərk etməlidir ki, Azərbaycan ordusu bundan sonra da hərbi gücünü artıracaqdır. Ermənistan öz çirkin niyyətlərindən, işğalçılıq siaysətindən əl çəkməsə, məhvə məhkum ölkə kimi süqut edəcəkdir.

 

Ucar rayonu Təzə Şilyan kənd tam orta məktəbinin müəllimi - Səidə Səmədzadə

Xəbər lenti