9 noyabr: Tarixdə necə qalıb?
1918 - AXC tərəfindən Azərbaycan bayrağı dövlət bayrağı kimi qəbul olunub. 2009-cu ildən 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
1930 - Avstriyada keçirilən parlament seçkilərində sosialistlər qalib gəlib, nasistlər və kommunistlər parlamentə düşə bilməyiblər.
1937 - Yaponiya Şanxayı işğal edib.
1938 - Berlində faşitlər tərəfindən 7 min yəhudi dükanı dağıdılmış, yüzlərlə sinaqoq yandırılmış, çox sayda yəhudi qətlə yetirilib.
1982 - Kənan Evrən Türkiyə prezidenti seçilib.
1989 - Almaniya Federativ Respublikası hökuməti Almaniya Demokratik Respublikası ilə arasındakı gediş-gəlişlə bağlı qadağaları aradan götürdüyünü bəyan edəndən sonra minlərlə alman Berlin divarını aşaraq AFR-ə keçib.
1990 - Meri Robinson İrlandiyanın ilk qadın prezidenti olub.
1991 - Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq Türkiyə tanıyıb.
1994 - Alman fizikləri yeni kimyəvi element sintez edərək yaşadıqları şəhərin şərəfinə onu "darmştadium" adlandırıblar.
2003 - "Əl-Qaidə"nin Səudiyyə Ərəbistanında kral sarayına terror hücumu nəticəsində 20-yə yaxın insan həlak olub.