Bu gündən etibarən, 2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyata başlanılır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən TƏHSİL.BİZ -ə bildirilib ki, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə iyulun 8-dən, Bakı şəhərində isə iyulun 9-danetibarən mümkün olacaq. Tədrisin digər dillərdə aparıldığı bölmələrdə isə məktəb və müəllim seçiminə iyulun 10-dan start veriləcək.
Qeydiyyat prosesi sentyabrın 12-dək davam edəcək. Sentyabrın 1-dən 30-dək sənədlərin ümumi təhsil müəssisələrinə təqdim olunması həyata keçiriləcək.
Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul edilir.