Logo

BANM tələbəsi illik 100 min dollar məbləğində təqaüd qazanıb

11.06.2025 10:46 148 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi ABŞ-nin nüfuzlu universitetinin doktorantura proqramına qəbul olub. 

BANM-dən TƏHSİL.BİZ -ə verilən məlumata görə, “Kimya mühəndisliyi” ixtisasının tələbəsi Gülşən Məmmədli ABŞ-nin nüfuzlu Tulane Universitetinin “Kimya və biomolekulyar mühəndislik” ixtisası üzrə birbaşa doktorantura proqramına qəbul olunub. 

Gülşən Məmmədli bu proqram çərçivəsində illik 100 min ABŞ dolları məbləğində təqaüd qazanıb.

O, bundan başqa, Nyu-York Universiteti Tandon Mühəndislik Məktəbinin “Kimya mühəndisliyi”, İngiltərənin Lids Universitetindən isə “Qabaqcıl kimya mühəndisliyi” ixtisası üzrə magistratura proqramlarına da qəbul alıb.

G.Məmmədli 2020-ci ildə BANM-ə 658 balla daxil olub. GreenTech startap və yaşıl texnologiyalar üzrə keçirilən müsabiqədə komandası ilə l yerə layiq görülüb.

BANM-də keçirilən Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransında II yerə, IV elmi konfransda isə komandası ilə III yerə layiq görülüb.


 

Xəbər lenti