Logo

Qırğızıstanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

21.06.2025 11:20 35 baxış
IMG

2025-2026-cı tədris ili üzrə Azərbaycan vətəndaşları üçün Qırğız Respublikasında bakalavriat səviyyəsində təqaüd proqramı elan edilib.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, proqram qırğız və ya rus dilində tədrisi nəzərdə tutur. Təqaüd proqramı 24 aprel 2024-cü il tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. 

Təqaüd proqramına müraciət üçün son tarix 04 iyul 2025-ci il nəzərdə tutulub.

Ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Xəbər lenti