Logo

ADNSU ilə Lissabon Nova Universiteti əməkdaşlıq edəcək

12.06.2025 10:34 68 baxış
IMG

İyunun 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Portuqaliyanın “NOVA University of Lisbon” ali təhsil müəssisəsinin prorektoru Joao Amaro de Matos ilə görüş keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, ADNSU-nun rektoru, dosent Rüfət Əzizovla keçirilən görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin qurulması, elmi-tədqiqat sahəsində birgə fəaliyyət, tələbə və müəllim mübadiləsi, eləcə də beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində məsələlər müzakirə olunub.

Görüşün sonunda mümkün perspektiv əməkdaşlıq imkanları nəzərdən keçirildikdən sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

 

 

 


 

Xəbər lenti