Logo

Bu il bölgələrdə yeni liseylər yaradılacaq

24.06.2025 12:03 43 baxış
IMG

Bölgələrdə lisey və gimnaziyaların sayının artırılması planlaşdırılır.

TƏHSİL.BİZ xəbər verir ki, bunu Respublika Fənn Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, bu il bölgələrdə yeni liseylər yaradılacaq:

“Azərbaycanda təxminən 30-dan çox lisey və gimnaziya fəaliyyət göstərir. Bizim elə bölgələrimiz var ki, tarix boyu orada lisey olmayıb. Biz çalışırıq ki, xüsusilə həmin regionlarda lisey və gimnaziyalar olsun”.

Emin Əmrullayevin sözlərinə görə, fizika, riyaziyyat, informatika, həmçinin kimya və biologiya təmayüllü lisey modelləri özünü kifayət qədər doğruldub:

“Sumqayıt və Mingəçevirdə spesifik məktəblər var ki, onlar istedadlı uşaqlarla işləməkdə ixtisaslaşıblar. Bu məktəblərdə məzmunu bir az da dərinləşdirməliyik. Çünki istedadlı uşaqları ali təhsil müəssisələrinə qəbul imtahanları çərçivəsində məhdudlaşdırmamalıyıq. Onların hər birinin potensialı daha çox elmi yük götürməyə qadirdir”.

O, həmçinin vurğulayıb ki, ənənəvi olaraq özünü doğruldan məktəblərdən biri Sumqayıt şəhərində fəaliyyət göstərən Təbiət Elmləri Təmayüllü Gimnaziyadır.

Xəbər lenti