Logo

Peşə təhsilində dövlət sifarişli yerlərin sayı artıb

21.07.2025 12:03 48 baxış
IMG

“Dövlət sifarişli yerlərin sayı əvvəlki illərlə müqayisədə artaraq 24 280-ə çatıb”.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili ilə bağlı təşkil olunan brifinqdə söyləyib.

O bildirib ki, 2020-ci ildən etibarən peşə təhsilinə maraq 71,5% artıb. 2025/2026-ci tədris ili üçün 78 peşə təhsil müəssisəsində 152 ixtisas olmaqla ümumi qəbul planı 32 620 yer olacaq. Onlardan 75%-i dövlət sifarişli, 25%-i isə ödənişli əsaslarla olması planlaşdırılır. Ayrılan plan yerlərində ötən ilki rəqəmlərlə müqayisədə 5.4% faiz artım var. Növbəti illərdə peşə təhsilinin əlçatanlığının daha da artırılması planlaşdırılır.

Xəbər lenti