Logo

BSU “Regional zonalardan qəbul olunan qızlar üçün təqaüd proqramı” elan edir

21.07.2025 15:31 43 baxış
IMG

Bakı Slavyan Universiteti (BSU) 2025/2026-cı tədris ili üzrə “Regional zonalardan qəbul olunan qızlar üçün təqaüd proqramı” elan edir.

Bu təşəbbüs son 3 ilin statistikasına əsaslanaraq müxtəlif bölgələrdən BSU-ya az sayda qəbul olunan qız tələbələrin ali təhsil almaq imkanlarını genişləndirmək, onları stimullaşdırmaq və akademik inkişaflarını dəstəkləmək məqsədinə xidmət edir. Təqaüd proqramı 2023-cü ildə təsis edilib.

Bu barədə TƏHSİL.BİZ -ə  BSU-dan məlumat verilib. Bildirilib ki, daxili təqaüd proqramı aylıq 200 AZN olmaqla, həmin bölgələrdən müəllimlik ixtisasına qəbul olunan və 450-dən yuxarı bal toplayan 5 qız tələbə üçün nəzərdə tutulub.

Xəbər lenti