“Quacquarelli Symonds” (QS) qlobal reytinq agentliyi tərəfindən keçirilən “QS Stars” audit qiymətləndirməsində Lənkəran Dövlət Universitetinin fəaliyyəti 3 ulduz (“yaxşı”) ilə qiymətləndirilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən TƏHSİL.BİZ -ə bildirilib ki, ümumilikdə 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Lənkəran Dövlət Universiteti 3 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə edib.
“QS Stars” ali təhsil müəssisələrinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Sözügedən sistem universitetlərin güclü və inkişaf etdirilməli sahələrini müəyyən etməyə dəstək olmaqla onların qlobal səviyyədə tanınmasına töhfə verir.
Qeyd edək ki, öncəki aylarda Azərbaycanın bir neçə aparıcı universiteti “QS Stars” qiymətləndirməsindən uğurla keçiblər.