Logo

57-ci Beynəlxalq Kimya Olimpiadasında milli komandamız uğur qazanıb

14.07.2025 18:19 35 baxış
IMG

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş 57-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO 2025) Azərbaycanı təmsil edən məktəblilərimiz yüksək nəticə əldə ediblər. Komandamız yarışda 1 gümüş və 3 bürünc medal qazanaraq beynəlxalq olimpiadada uğurla çıxış edib.

Elm və Təhsil Nazirliyindən TƏHSİL.BİZ -ə bildirilib ki, olimpiadada Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdi Murad Xəlilzadə gümüş medal, həmin liseyin XI sinif şagirdləri Ümid Mustafazadə, Nəzrin Həsənova və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Rizvan Əsədov isə bürünc medal qazanıblar.

Xəbər lenti